Dadaşov debüt oyununda qol vurdu

Dadaşov debüt oyununda qol vurdu
İDMAN
00:10 01.03.2025
247
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında yeni komandası "Radomyak"ın heyətində ilk oyununda fərqlənib.

AZXEBER.COM xəbər verir ki, 23-cü tur çərçivəsində keçirilən "Vidzev Lodz"la ev qarşılaşmasında 80-ci dəqiqədə meydana daxil olan Dadaşov, bundan 10 dəqiqə sonra - 90-cı dəqiqədə qol vuraraq komandasına vacib bir xal qazandırıb.

Qeyd edək ki, Renat Dadaşov 4 gün öncə "Ankaragücü"dən ayrılaraq "Radomyak"a keçib.
OXŞAR XƏBƏRLƏR