Daha 2 əsgərimiz minaya düşdü

Daha 2 əsgərimiz minaya düşdü
17:56 10.06.2012
2674
Azərbaycan Silahlı Qüvvələrinin iki zabiti Goranboyda minaya düşüb. “AzeriDefence.com” saytının xəbərinə görə, məlumat bu gün saat 15:00 radələrində yayılıb. Minaya düşmüş zabitlərdən biri hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri kapitan İlqar Verdiyevdir. İ. Verdiyev minaya düşmüş zabiti ərazidən çıxarmaq istəyərkən özü də minaya düşüb. Ilkin məlumatlara görə, mina onun bir qolunu aparıb. Yaralının bu saatlarda Bakıda Mərkəzi Kliniki Hospitala gətiriləcəyi gözlənilir. Minaya düşmüş digər zabit ayağını itirib. İ. Verdiyevin özünün mobil telefonu isə bağlı olduğundan zənglər cavabsız qalıb.
OXŞAR XƏBƏRLƏR