Daha 2 məktəb direktoru cəzalandırıldı

Daha 2 məktəb direktoru cəzalandırıldı
SOSİAL
13:00 20.05.2025
384
Əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə iki məktəb direktoruna şiddətli töhmət verilib. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektoru məlumat yayıb. 

"Əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynova və 278 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Gələcəkdə analoji hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi intizam tənbeh tədbirinin tətbiq ediləcəyi nəzərlərinə çatdırılıb”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, mayda aparılan monitorinqlər nəticəsində çalışdıqları məktəblərdə yol verdikləri nöqsanlara görə 3 direktor vəzifələrindən azad olunub.
OXŞAR XƏBƏRLƏR