Daha 2 nəfər qarayaraya yoluxdu

Daha 2 nəfər qarayaraya yoluxdu
SOSİAL
15:37 09.09.2019
3404

Sabirabadda 2 nəfərə qarayara diaqnozu qoyulub.

Səhiyyə Nazirliyindən AZXEBER.COM -a daxil olan məlumata görə, 34 və 26 yaşlarında iki kişi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb.

 

Qeyd edək ki, Azərbaycanda ilk dəfə bu il qarayara xəstəliyindən ölüm halı baş verib.

OXŞAR XƏBƏRLƏR