Daha 2 nəfərin Azərbaycan prezidentliyinə namizədliyi təsdiqləndi

SİYASƏT
16:55 14.08.2013
1871
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. 
AZXEBER.COM-un verdiyi xəbərə görə, Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Ağası oğlu Əliyev və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Nadir oğlu Əliyevin prezidentliyə namizədliyi təsdiq edilib.MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda, daha sonra hər iki namizədin səlahiyyətli nümayəndələrinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.Qeyd edək ki, indiyə qədər 12 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, BAXCP sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc, "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucludur.MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri isə 2008-ci il oktyabrın 15-də keçirilib.Azərbaycanda hər 5 ildən bir prezident seçkiləri keçirilir.

OXŞAR XƏBƏRLƏR