Sentyabr 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatı 2012-nin daha 3 iştirakçısı müəyyənləşib.
AZXEBER.COM-un məlumatına görə, Boliviyada keçirilmiş seçim mərhələ oyunlarında Cənubi Amerika qitəsini təmsil edəcək 3 ölkənin – Braziliya, Uruqvay və Kolumbiyanın müvafiq yaş qrupundan ibarət komandası Azərbaycanda təşkil olunacaq dünya çempionatında iştirak hüququ əldə edib.
Xatırladaq ki, daha əvvəl Asiya qitəsindən Çin, Şimali Koreya və Yaponiya yığmaları DÇ-2012-yə vəsiqə qazanmışdı. Azərbaycan yığması isə dünya çempionatında ev sahibi statusu ilə çıxış edəcək.
Ozal İbrahimli