Daha 6 məktəb koronavirusa görə bağlandı

Daha 6 məktəb koronavirusa görə bağlandı
SOSİAL
15:23 13.04.2021
456
Azərbaycanda daha 6 orta məktəb koranavirusa görə bağlanıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun Qazyan 1 saylı, Alpoot 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərküşad ümumi orta məktəblərində əyani təhsil müvəqqəti dayandırılıb. Buna səbəb adı çəkilən məktəblərdə ümumilikdə, 11 müəllimdə COVID-19 testinin nəticələri pozitiv çıxmasıdır.

Fəaliyyəti dayandırmış məktəblərdə dərslərin distant formada tədris olunmasına qərar verilib. Məktəblərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, Ucar rayonunda ümumilikdə 45 orta məktəb fəaliyyət göstərir.
OXŞAR XƏBƏRLƏR