Daha beş COVİD-19 xəstəsi ictimai yerdə aşkarlandı

Daha beş COVİD-19 xəstəsi ictimai yerdə aşkarlandı
SOSİAL
13:02 18.08.2021
254
16 və 17 avqustda beş nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR