Daha bir ABŞ ştatı Xocalı qətliamı ilə bağlı qətnamə qəbul etdi

DÜNYA
23:50 30.01.2013
1330

Nyu-Meksiko ştatı Xocalı qətliamının 21-ci ildönümü ilə bağlı qətnamə qəbul edib.

Gün.Az xəbər verir ki, senator Cerald Ortisin təqdim etdiyi sənəd ştatın qanunverici məclisinin yuxarı palatası tərəfindən yekdilliklə qəbul edilib.Qətnamədə Xocalıda 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş verənlər tam olaraq göstərilib, erməni silahlılarının və Rusiya ordusunun 366 alayının dinc əhalini qətlə yetirilməsi barədə danışılıb.Qeyd edək ki, bundan əvvəl analoji qətnamələr Massaçusets, Texas, Georgia ştatlarının, o cümlədən Meksika, Türkiyə və Almaniyanın qanunverici orqanları tərəfindən qəbul edilib.

OXŞAR XƏBƏRLƏR