Aktyor Cavid Nəsrullah "Bakı Metropoliteni” QSC-də vəzifəyə təyin edilib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, o, QSC-də Kommunikasiya departamentinin sədrinə müavin təyin olunub.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumatı təsdiqləyib.
Qeyd edək ki, o, "Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb.
Xatırladaq ki, daha öncə aktyor Şaban İmkani "Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib.
İki aktyora ardıcıl "Bakı Metropoliteni”ndə vəzifə verilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.