Daha bir Avropa ölkəsi COVİD-19 məhdudiyyətlərinin bir çoxunu ləğv edir

DÜNYA
10:04 23.01.2022
266
İrlandiya hökuməti COVİD-19-la bağlı ölkədə tətbiq olunan məhdudiyyətlərin böyük əksəriyyətini ləğv edir.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bütün ölkədə bazar ertəsindən mərhələli şəkildə işçilər ofislərə qayıdacaqlar.

Bundan başqa, əyləncə mərkəzlərinə girişdə peyvənd və İmmunitet pasportu məcburiyyəti aradan qaldırılır. Bununla yanaşı, konsert və stadionlarda keçiriləcək tədbirlər zamanı tam həcmdə tamaşaçı izləməsi mümkün olacaq. Restoranlar isə heç bir saat məhdudiyyəti olmadan fəaliyyət göstərə biləcəklər.

"Bu yazı səbrsizliklə gözləyərkən bir-birimizi təkrar görməliyik. Bir-birimizin gülüməsdiyini görməliyik. COVİD-19-da yeni mərhələyə keçərkən yenidən özümüz olma zamanı gəldi", - deyə ölkənin baş naziri Micheal Martin vurğulayıb.

OXŞAR XƏBƏRLƏR