Daha bir avtobus kart sisteminə keçdi

Daha bir avtobus kart sisteminə keçdi
SOSİAL
14:35 13.07.2018
5059
Daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi "BakıKart” vasitəsi ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən AZXEBER.COM-a daxil olan məlumata görə, sabahdan etibarən 199 nömrəli müntəzəm marşrut xətti üzrə ( Xətai prospekti-Bakı Mühəndislik Universiteti) hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək.

199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı zəruri tədbirlər görülür.

OXŞAR XƏBƏRLƏR