Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə Avropa olimpiya təsnifat turnirində daha 3 idmançımız rinqə çıxıb.Trend-in məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan Tamerlan Abdullayev turniri məğlubiyyətlə başa vurub. 81 kq çəki dərəcəsində yarışan Vətən Hüseynli isə 3-cü döyüşünü də qələbə ilə başa vuraraq, yarımfinala vəsiqə qazanıb.Həmyerlimiz dünya və Avropa çempionatlarının mükafatçısı fransalı Abdulkader Bouheniyanı 16:8 hesabı ilə məğlub edib. Hüseynli yarımfinalda ingiltərəli Kellam Smitlə qarşılaşacaq.Daha sonra mübarizəyə qoşulan digər boksçumuz Məhəmməd Abdulhəmidov (56 kq) isə rinqi qələbə ilə tərk edib. 2010-cu ilin Avropa çempionu Denis Makarovu (Almaniya) məğlub edən idmançımız bununla da London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Qeyd edək ki, bu, Azərbaycan boksçularının London Olimpiya Oyunları üçün qazandıqları altıncı lisenziyadır.