Daha bir diplomat mühafizəçisi tərəfindən qətlə yetirildi

Daha bir diplomat mühafizəçisi tərəfindən qətlə yetirildi
DÜNYA
16:11 06.02.2017
1124

 

Pakistanın Karaçi şəhərindəki Əfqanıstan konsulluğunda çalışan bir diplomat sui-qəsdə uğrayıb.

Pakistan mediası, Karaçidəki Əfqanıstan konsulluğunda bir mühafizəçinin diplomatı öldürdüyünü yazır.

Bu haqda polisin məlumat yaydığı deyilir.

Mühafizəçi konsulluqda üçüncü katib olaraq çalışan diplomatı vurduqdan sonra saxlanılıb.

Pakistan polisi, cinayətin səbəbinin hələ bilinmədiyini və mühafizəçinin əfqan əsilli olduğunu açıqlayıb.

///Milli.Az
OXŞAR XƏBƏRLƏR