Qvatemala Fələstinin müstəqilliyini tanıyıb. AZXEBER.COM-un məlumatına görə, bu ölkənin prezidenti belə bir addımın ilk növbədə Yaxın Şərqdə sülhə nail olmağa hesablandığını bilirib. "Qvatemala Fələstinin müstəqilliyini tanıyan Latin Amerikası və Karib hövzəsi ölkələri sırasına qatıldı", - deyə sənəddə bildrilir. Sənəddə həmçinin bu qərarın Qvatemala-İsrail münasibətlərinə də mənfi təsir etməyəcəyinə ümid edildiyi dəqeyd edilir. Qeyd edək ki, Fələstinin müstəqiliyini hazırda 130 ölkə tanıyıb. Ötən ilin noyabr ayında BMT Baş Assambleyası Fələstini müstəqil dövlət kimi tanıyıb.