Türkiyənin Eskişehir Osmanqazi adına Universiteti və Uşaq şəhərindəki Universitetdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində Uşaq Universitetinin rektoru professor, doktor Sait Çeliklə birlikdə ali təhsil müəssisəsinin 4 müəllimi tutulub.
Osmanqazi Universitetinin isə 35 müəllimi saxlanılıb. Sonra onlardan 26-sı barəsində həbs qətimkan tədbiri seçilib, 9-u isə zaminə buraxılıb.