Daha bir gömrük generalı işdən çıxarıldı: Deputatın qardaşıdır

Daha bir gömrük generalı işdən çıxarıldı: Deputatın qardaşıdır
SOSİAL
13:40 29.05.2018
6070
Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev tutduğu vəzifədən azad olunub.
 
AZXEBER.COM Unikal.org-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Baba Salayevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalayıb.Onun yerinə isə gömrük xidməti polkovniki Rəsulov Məsum Eynalı oğlu təyin edilib.
 
Dövlət Gömrük Komitəsindən xəbəri  təsdiqləyiblər.
 
Qeyd edək ki, Baba Salayev deputat Hacı Salayevin qardaşıdır. 
OXŞAR XƏBƏRLƏR