Portuqaliyadakı solçu hökumət tərəfindən 100-ə qədər şirkətdə həftədə 4 gün işləmək pilot layihə kimi tətbiq edilməyə başlayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin əmək, sosial müdafiə və həmrəylik naziri Ana Mendes Qodinyo açıqlama verib.
O bildirib ki, iyunun 5-dən qüvvəyə minən fərmana əsasən, əmək haqqına təsir etmədən həftəlik işin 4 günə endirilməsi praktikası işəgötürənlər və istəyən işçilər üçün başlayıb.
Qeyd edək ki, Portuqaliyadan öncə Belçika, Qazaxıstan kimi ölkələr də 4 günlük iş rejiminə keçib.
Ayşən










































