Daha bir ölkə “Eurovision”da iştirak etməkdən imtina etdi
MƏDƏNİYYƏT
10:40 23.11.2013
1332
Növbəti "Eurovision" müsabiqəsi gələn ilin mayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, maliyyə vəsaitləri olmadığına görə artıq Çexiya, Slovakiya, Kipr, Xorvatiya müsabiqədə iştirak etməkdən imtina ediblər.Artıq Serbiya da layihənin maliyyələşdirilməsi ilə bağlı çətinliklərə görə müsabiqədə iştirak etməyəcəyini açıqlayıb.Müsabiqənin Serbiyada yayımlanmasını təmin edən RTS televiziyası bildirib ki, "Eurovision"-da iştirak etmək üçün əsas maliyyə lazımdır: "Müsabiqədə iştirak etmək, nümayəndə heyətinin səfərini təşkil etmək, çıxış etmək - bunların hamısı əlavə maliyyə vəsaiti tələb edir. Biz də bunları nəzərə alaraq, müsabiqədə iştirak etməkdən imtina etdik. Gələcək müsabiqələrdə iştirak isə teleradio şirkətinin büdcə maliyyələşdirməsinin ölçüsündən asılı olacaq".