Daha bir ölkə 'mavi'lərə evlənmək icazəsi verdi

DÜNYA
12:50 06.08.2013
1496

Bazar ertəsi Uruqvayda eynicinsli nikahlar barədə qanun qüvvəyə minib.

Gün.Az İTAR-TASS-a istinadən xəbər verir ki, beləliklə, artıq bu ölkədə yaşayan “gey” və “lezbiyan”lar öz münasibətlərini rəsmi şəkildə qeydiyyata ala bilərlər.Respublika parlamenti müvafiq qanun layihəsini cari ilin aprel ayının 10-da qəbul edib. Sənəd Konqresin aşağı palatasının əksər senator və deputatları tərəfindən təsdiq olunub. Ardınca mayda onu dövlət başçısı Xose Muxika imzalayıb. Uruqvay bu kimi nikahları Argentinadan sonra qanuniləşdirən ikinci ölkə oldu.

OXŞAR XƏBƏRLƏR