Daha bir ölkə MDB-ni tərk edir

Daha bir ölkə MDB-ni tərk edir
DÜNYA
22:55 19.01.2026
778
Moldovanın Xarici İşlər Nazirliyi respublikanın MDB-dən tamamilə çıxması üçün lazımi prosedurlara başlayıb.

Bu barədə xarici işlər naziri Mixail Popşoi Moldova Radiosuna açıqlaması zamanı danışıb.

O bildirib ki, bu, birliyə qoşulmaqla bağlı əsas sazişlərin ləğvindən sonra baş verəcək.

Baxmayaraq ki, faktiki olaraq ölkənin təşkilatda iştirakı daha əvvəl dayandırılmışdı, Moldova hüquqi baxımdan da MDB-nin üzvü olmaqdan çıxacaq.
 
/APA
OXŞAR XƏBƏRLƏR