Avstraliya hökuməti hökumət işçilərinə rəsmi cihazlarda "TikTok” istifadə etməyi qadağan edəcək.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Mark Dreyfus məlumat verib.
Baş prokuror Mark Dreyfus verdiyi açıqlamada kəşfiyyat və təhlükəsizlik agentliklərinin məsləhəti əsasında bu qadağanın mümkün qədər tez qüvvəyə minəcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının, Aİ Şurasının və Avropa Parlamentinin əməkdaşlarına, eləcə də bəzi ölkələrin dövlət qulluqçularına "TikTok” tətbiqini ofis cihazlarına quraşdırmaq qadağan edilib.
Ayşən