Daha bir ölkə turistlərin girişi ilə bağlı COVID-19 məhdudiyyətlərini ləğv edir

Daha bir ölkə turistlərin girişi ilə bağlı COVID-19 məhdudiyyətlərini ləğv edir
DÜNYA
22:24 31.05.2022
435
İtaliya iyunun 1-dən ölkəyə gələn səyahətçilər üçün bütün sanitariya protokollarını ləğv edir.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə ATOR məlumat yayıb.

Səlahiyyətlilər turistlərin peyvənd olunub-olunmadığını, COVID-19-dan sağalıb-sağalmadığını yoxlamayacaq, eləcə də mənfi nəticəli PZR testi tələb etməyəcək.

İtaliya Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, ölkəyə giriş üçün "GreenPass” ("Yaşıl sertifikat”) verilməsini nəzərdə tutan və mayın 31-də başa çatacaq sərəncamın müddəti uzadılmayacaq.
OXŞAR XƏBƏRLƏR