Daha bir ölkə Ukraynaya pul ayırır: Məbləğ 1 milyard avro

Daha bir ölkə Ukraynaya pul ayırır: Məbləğ 1 milyard avro
DÜNYA
21:38 01.07.2022
423
Norveç Ukraynaya 1 milyard avro yardım edəcək.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin Baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib.

"Norveçin Ukraynaya 1 milyard avro dəyərində yeni dəstək paketinə görə minnətdarıq. Belə çətin bir zamanda bunu çox yüksək qiymətləndiririk", - Zelenski bildirib.

Stere əlavə edib ki, Norveç 2022-ci ilin sonuna qədər və 2023-cü ilə qədər Ukraynaya dəstək üçün 1 milyard avro ayırmağı öhdəsinə götürüb.
OXŞAR XƏBƏRLƏR