Fici adalarının cənubunda 6.6 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentrinin Suva şəhərindən 471 kilometr cənubda olduğunu açıqlayıb.
İlk təsbitlərə görə, yerin 562 kilometr dərinliyində baş verən 6.6 bal gücündə zəlzələdə can və mal itkisi olmayıb.
Qeyd edək ki, zəlzələdən sonra "sunami” xəbərdarlığının olmadığı bildirilib.
Mikayıl