Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alındı

Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alındı
DÜNYA
12:58 21.08.2022
350
Kuba həkimləri meymunçiçəyinə ilk yoluxma halı qeydə alıblar.

AZXEBER.COM xəbər verir ki, bu barədə yerli "Cubadebate" xəbər portalı Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yoluxmuş şəxs avqustun 15-də İtaliyadan ölkəyə gələn turistdir. İki gün sonra onda infeksiya əlamətləri yaranıb və bu, testlərlə təsdiqlənib. Xəstənin vəziyyəti ağırdır.

Meymunçiçəyi nadir virus xəstəliyidir, əsasən vəhşi heyvanlardan insanlara ötürülür. Onun əlamətləri hərarət, başağrısı, əzələ və bel ağrısı, titrəmə və yorğunluq daxildir. Dəri səpkiləri üzdə və bədənin digər hissələrində də yaranır.
OXŞAR XƏBƏRLƏR