Daha bir ölkədən çağırış: İran və İsrailə səfər etməyin!

Daha bir ölkədən çağırış: İran və İsrailə səfər etməyin!
DÜNYA
22:59 12.04.2024
189
Hindistan vətəndaşlarına növbəti xəbərdarlığa qədər İran və İsrailə səfər etməməyi tövsiyə edib.

AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sözügedən ölkələrdə yaşayan hindlilərin Hindistan səfirlikləri ilə əlaqə yaratmaları tələb edilib:

"Bölgədəki vətəndaşlara təhlükəsizlik tədbirləri görmələri və ölkə daxilində hərəkətlərini məhdudlaşdırmaları tövsiyə edilib".

Qeyd edək ki, İsrail 1 apreldə İran səfirliyinin yanında yerləşən binaya zərbə endirib, nəticədə SEPAH-ın 2 generalı və 5 zabiti ölüb. Bundan sonra, İran rəsmiləri İsraildən qisas alacaqları ilə bağlı açıqlamalar veriblər.
OXŞAR XƏBƏRLƏR