Daha bir marketdə süni qiymət artımı aşkarlandı

İQTİSADİYYAT
11:12 03.03.2015
1585
Nazirlik məlumat yaydı.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 92A ünvanında yerləşən Zeydulla Məmmədova məxsus “Zeytun” marketdə aparılan yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.
Bu barədə AZXEBER.COM-a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Belə ki, yoxlama zamanı istehlakçılara təklif olunan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.
Qeyd edək ki, əsassız qiymət artımına yol vermiş şəxs barədə qanunvericiliyə uyğun olaraq ciddi tədbir görülür.

OXŞAR XƏBƏRLƏR