Daha bir marşrutun hərəkət sxeminə dəyişiklik edildi

Daha bir marşrutun hərəkət sxeminə dəyişiklik edildi
SOSİAL
19:19 08.07.2021
398
Sabahdan 162 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək Ramana yaşayış kompleksindən "Koroğlu" NMM-ə təşkil ediləcək.

Bu barədə AZXEBER.COM-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq 162 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bununla da həmin ərazidə məskunlaşan vətəndaşların "Koroğlu" NMM-ə birbaşa çıxışı təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR