Özcan Dəniz: "Xocalı fəryadını, orada vəfat edənləri unutmamalıyıq"
Daha bir məşhur türkiyəli müğənni Xocalıya dəstək verib.AZXEBER.COM-un məlumatına görə, ermənilərin törətdikləri Xocalı soyqırımına heçkəs soyuqqanlı qala bilmir. Yerli müğənnilər ilə yanaşı qardaş ölkə olan Türkiyə ulduzları da bu günü andılar.
Özcan Dəniz sosial səhifədəki səhifəsində prezident İlham Əliyev, Mehriban Əliyevanın və yüzlərlə azərbaycanlının ziyarət etdiyi "Ana fəryadı" abidəsinə yürüş zamanı çəkilən fotonu paylaşıb. İfaçı fotonu "Xocalı fəryadını, orada vəfat edənləri unutmamalıyıq" şərhi ilə paylaşıb.
Qeyd edək ki, bir çox yerli sənətçilər, türk ifaçılarının bu addımını bəyənərək təşəkkürlərini bildiriblər

