"Səs Azərbaycan" yarışmasının qalib Emiliya Yaqubova xaricə köçüb.
AZXEBER.COM xəbər verir ki, müğənni həyat yoldaşı Tamerlan ilə birlikdə Londona köçüb.
Həyat yoldaşı ilə fotosunu paylaşan məşhur yazıb: "Etirafım var hər birinizə - ailəmə, yaxınlarıma, əzizlərimə, dostlarıma - hər birinizi bütün qəlbimlə sevirəm! Çox sağ olun ki, varsınız! Sizin üçün çox darıxacam" sözləri ifadə edib.
Qeyd edək ki, Emiliya Yaqubova keçən ay Tamerlan adlı bəy ilə ailə həyatı qurub. Tamerlan uzun müddətdir ki, Londonda yaşayır.