SİA-nın verdiyi xəbərə görə, o, burnu sarıqlı fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri qeyd edib: "Dostlar, qorxmayın. Bu, mənəm! On günə elə ceyran qız olacağam. Çoxlarınız deyəcək ki, bu da burnunu əməliyyat etdirdi. Amma bir Allah şahiddir ki, həmişə belə şeylərdən qorxmuşam. “Nə oldu, bu yaşa qədər bu burunla gəzdin, indi bəyənmədin?!” deyənlər var.
Nəfəsimdə problemlər, çəpər əyriliyi, artıq ət oxumağıma çətinlik yaradırdı. Həkimin məsləhəti ilə göz qapağındakı ətləri də götüzdürdüm".