Daha bir nəfər dənizdə batdı

Daha bir nəfər dənizdə batdı
SOSİAL
21:55 21.08.2022
305
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, dənizdə ("Lökbatan" sularda xilasetmə məntəqəsindən təqribən 500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

AZXEBER.COM bildirir ki, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR