Daha bir neft tankeri ələ keçirildi

Daha bir neft tankeri ələ keçirildi
DÜNYA
23:26 09.01.2026
158
ABŞ ordusu Karib dənizində daha bir neft tankerini ələ keçirib.

Bu barədə ABŞ Cənub Komandanlığı açıqlama yayıb.

Bildirilir ki, səhərə qədər davam edən "Olina" adlı gəminin tutulması əməliyyatı ABŞ dəniz piyadaları və donanması tərəfindən həyata keçirilib.

Daxili təhlükəsizlik katibi Kristi Noem bildirib ki, "Olina” sanksiyalar altında olan "kölgə donanması"na məxsus tanker gəmisidir. Qeyd olunur ki, gəmi saxta şəkildə Timor Lestedə qeydiyyatdan keçirilib.
OXŞAR XƏBƏRLƏR