Daha bir NİDA-çı saxlanılıb?

Daha bir NİDA-çı saxlanılıb?
16:35 14.03.2013
1157

"Nida" gənclər təşkilatının daha bir üzvü - Rəşad Həsənov Respublika Prokurorluğunun ağır cinayətlər üzrə istintaq idarəsində dindirilir. Bu barədə onun təşkilat yoldaşları sosial şəbəkələrdə məlumat yayıblar.

Günün birinci yarısında R.Həsənovun mülki geyimli naməlum şəxslər tərəfindən saxlanması barədə xəbər yayılmış, tezliklə də təkzib olunmuşdu.Qeyd edək ki, bir neçə gün əvvəl “Nida” Vətəndaş Hərəkatının 3 üzvü həbs edilib.Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan «Molotov kokteyli» adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. Eyni zamanda 1995-ci il təvəllüdlü, “Odlar Yurdu” Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd «Molotov kokteyli», 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb. Həmçinin 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində «təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan» sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.

Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1 və 228.1-ci maddələri, Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulublar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
05:29 04.04.2026
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
03:20 04.04.2026
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
02:46 04.04.2026
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
01:04 04.04.2026
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
00:42 04.04.2026
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
00:20 04.04.2026
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
NDU-da yeni təyinat
23:55 03.04.2026
NDU-da yeni təyinat
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
23:48 03.04.2026
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
23:42 03.04.2026
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23:39 03.04.2026
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
23:29 03.04.2026
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
23:24 03.04.2026
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
23:20 03.04.2026
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
23:07 03.04.2026
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
Bu avtobuslar ləngiyə bilər
22:59 03.04.2026
Bu avtobuslar ləngiyə bilər
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
22:41 03.04.2026
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert