Daha bir oyunçu "Qarabağ"ı tərk etdi

Daha bir oyunçu "Qarabağ"ı tərk etdi
İDMAN
18:51 29.08.2026
149
"Qarabağ”dan ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.

AZXEBER.COM Qol.az-a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Dani Bolt artıq Azərbaycanı tərk edib. O, karyerasını Malayziya çempionatında davam etdirəcək.

27 yaşlı sağ cinah oyunçusu "Qarabağ”a 2025-ci ildə Portuqaliyanın "Torrense” klubundan transfer olunmuşdu.

Xatırladaq ki, yay transfer dövründə Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov, Leandro Andrade, Kamilo Duran və Abdullah Zubir "Qarabağ”dan ayrılıb.
OXŞAR XƏBƏRLƏR