Daha bir portuqaliyalı ulduz ''Fənərbaxça''nın hədəfində

İDMAN
14:04 12.10.2012
1228

Portuqaliya millisinin və "Zenit" klubunun müdafiəçisi Bruno Alveş komandasını dəyişə bilər.

AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçu "Fənərbaxça" klubunun maraq dairəsinə düşüb.

Daha öncə Portuqaliya millisinin digər üzvü Raul Meyreleşi heyətinə qatan "Fənərbaxça" bu dəfə Alveşlə güclənməyi planlaşdırır. İstanbul təmsilçisi Alveşin transferi üçün 10 milyon avrosundan keçməyə hazırdır.

Qeyd edək ki, təcrübəli müdafiəçi 2010-cu ildə 22 milyon avro müqabilində "Porto"dan "Zenit"ə transfer olunmuşdu.

OXŞAR XƏBƏRLƏR