Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya xidməti üçün Azərbaycana gəlib. AZXEBER.COM xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev feysbukdakı hesabında bildirib. Onun sözlərinə görə, bu, 2026-cı ildə ölkəyə reabilitasiya üçün gələn üçüncü qrupdur.