Daha bir rus şəhərində məscid tikintisi qadağan edildi - FOTO

DÜNYA
19:00 24.02.2014
1322
Tikintisinin 80%-i başa çatdırılmış binanın taleyi məlum deyil
Rusiyanın Kalininqrad vilayətində “Fridland darvazaları” muzeyi məhkəmə yolu ilə Cənub parkında məscid tikintisinin qadağan edilməsinə nail olub.
ANS PRESS-in məlumatına görə, muzey məscid tikintisi üçün ayrılan ərazinin sakinlərin istirahəti üçün nəzərdə tutulduğunu bildirib. Yerli müsəlmanların təşkilatının başçısı İrşat Xisamov isə məhkəmənin qərarını siyasiləşmiş adlandırıb. O, bildirib ki, məscid tikintisinə şəhər rəhbərliyi 2007-ci ildə icazə verib. Hazırda tikintinin 80%-i başa çatdırılıb.
Yaxın günlərdə müsəlman təşkilatı “Fridland darvazaları” muzeyinə qarşı 60 milyon rubl dəyərində məhkəmə iddiası qaldırıb. Təşkilat bildirir ki, məscid tikintisinin qadağan edilməsi üzündən təşkilat yarımçıq tikilinin saxlanması ilə bağlı zərərə uğrayır.
OXŞAR XƏBƏRLƏR