Daha bir sabiq nazir Azərbaycandan getdi

Daha bir sabiq nazir Azərbaycandan getdi
SOSİAL
18:05 28.04.2016
3594
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Azərbaycanı tərk edib. Bu barədə Qaynarinfo.az-a məlumatlı mənbədən bildirilib.
Mənbənin bildirdiyinə görə, keçmiş nazir Qərbi Avropa ölkələrindən birindədir. Onun bir müddətdir biznesini ölkədən kənardan idarə etdiyini deyən qaynağımız, Ələkbərovun Azərbaycandakı şirkətlərinin fəaliyyətinin xeyli zəiflədiyini və əvvəlki gəlirlərindən məhrum olduğunu da sözlərinə əlavə edib.
Qeyd edək ki, Ələkbərovun biznesi 1992-ci ildən çiçəklənməyə başlayıb. O, 1992-ci ildə «İmproteks» Şirkətlər Qrupunun prezidenti olub və 14 il bu vəzifəni yerinə yetirib. 2006-cı ildə əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan F.Ələkbərov, holdinqinin rəsmi idarəçiliyini həyat yoldaşın təhvil versə də, “İmprotex”ə qeyri-rəsmi birbaşa rəhbərliyini davam etdirib.
2013-cü ilin oktyabrında Füzuli Ələkbərov vəzifəsindən azad edilib. Onun nazir karyerasının sonlandırılmasında oğlunun da adının hallandığı məşhur İsmayıllı hadisələri əsas göstərilir. Həmin hadisələrdən sonra nazirin qardaşı olan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami İsmayılov da işindən uzaqlaşdırılmışdı.
“Füzuli Ələkbərov vəzifəsiz qaldıqdan sonra holdinqinin başına qayıdıb. 2014-cü ilin ortalarından etibarən o, biznesini gücləndirmək üçün müəyyən həmlələr edib. Amma xüsusilə son bir ildəki devalvasiya qərarları sabiq nazirin həmin səylərini puça çıxarıb. Bundan sonra o, daha çox ölkədən kənardakı biznesini genişləndirməyə başlayıb” deyə mənbəmiz vurğulayır.
Sabiq nazirin ölkədən biryolluq gedib-getmədiyi barədə məlumatsız olan qaynağımız, nazirin oğlunun da 2 ilə yaxındır xaricdə yaşadığına dair informasiyalar dolaşdığını söyləyib.
Onu da deyək ki, son 10 ildə vəzifələrini itirən daha iki sabiq nazir Azərbaycanı tərk edərək, xaricə yerləşiblər. Bunlar keçmiş iqtisadi inkişaf nazirləri Fərhad Əliyevlə Heydər Babayevdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azov dənizində gəmidə həlak olan azərbaycanlılardan ikisinin şəxsiyyəti məlum oldu
16:34 05.06.2026
Azov dənizində gəmidə həlak olan azərbaycanlılardan ikisinin şəxsiyyəti məlum oldu
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Qaydalara əməl etməsələr…”
16:30 05.06.2026
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Qaydalara əməl etməsələr…”
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
16:13 05.06.2026
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
16:04 05.06.2026
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”