Prezident İlham Əliyev Naxçıvan şəhərində "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AZXEBER.COM xəbər verir ki, bu məqsədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon (səkkiz milyon səkkiz yüz min) manat ayrılıb.
Azərbaycan Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.