Daha bir sığorta şirkətinin lisenziyası ləğv edildi

Daha bir sığorta şirkətinin lisenziyası ləğv edildi
SİYASƏT
19:55 06.10.2017
1561
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 06 oktyabr 2017-ci il tarixli qərarına əsasən "Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib.
 
Palatadan  verilən məlumata görə, bu barədə qərar "Başak-İnam Sığorta Şirkəti” ASC-nin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib.
 
06 oktyabr 2017-ci il tarixdən lisenziyası ləğv olunmuş "Başak-İnam Sığorta Şirkəti” ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçısı təyin edilib.
OXŞAR XƏBƏRLƏR