Daha bir "Tiktok"er saxlanıldı

SOSİAL
17:22 31.01.2025
322
"Rosh life” adı ilə tanınan tiktoker Rövşən Əhmədov saxlanılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.

O, ərazi üzrə məhkəməyə aparılıb və barəsində qətimkan tədbiri seçiləcək.

OXŞAR XƏBƏRLƏR