Daha böyük əzələlər üçün özünə yağ iynəsi vurdu: "TikTok" ulduzunun acı sonu

Daha böyük əzələlər üçün özünə yağ iynəsi vurdu: "TikTok" ulduzunun acı sonu
DÜNYA
13:46 03.08.2022
1566
Daha böyük əzələ yığmaq üçün özünə yağ iynəsi vuran ”TikTok” fenomeni vəfat edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, daha böyük əzələlərə sahib olmaq üçün özünə yağ iynəsi vuran "TikTok” ulduzu Valdir Seqato 55 yaşında ürək tutmasından vəfat edib.

Belə ki, Braziliyalı fenomen Valdir Seqato daha böyük əzələlərə sahib olmaq üçün potensial ölümcül hesab edilən iflic və infeksiya riski olan iynələrdən istifadə edib.

Valdirin ailəsi mətbuata bildirib ki, o, öldüyü gün nəfəs darlığından əziyyət çəkib. Valdirin ailəsi həmin gün onun evin otağından sürünərək çıxdığını və kömək istədiyini bildirib.  

"TikTok”da 1,7 milyon izləyicisi olan Valdir dərhal xəstəxanaya yerləşdirilib. Lakin o, ürək tutmasından dünyasını dəyişib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR