Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C variantı üzrə 4-cü qrant müsabiqəsi çərçivəsindəAzərbaycanda fəaliyyət göstərən mətbuat orqanları arasında keçirilən “Aktiv ol!” layihəsi davam edir.
AZXEBER.COM-un məlumatına görə, martın 11-də A qrupunda yer alan daha iki komanda üz-üzə gəlib. “Azxeber.com” və “Qol.az” komandaları arasında keçirilən oyun maraqlı məqamları ilə yadda qalıb.
Oyun zamanı hər iki komandaya hakimlər tərəfində missiya verilib. Missiyaya görə komandalar paintball zalının ortasında olan çəlləyi öz qərərgahlarına aparmalı olublar.
“Qol.az” komandası oyunun birinci hissəsində çəlləyi öz tərəfinə çəksə də, oyunun ikinci hissəsində rəqib tərəfindən əks hücumlara məruz qalıb. Nəticədə “azxeber.com” komandasının üzvləri çəlləyi öz qərərgahlarına apara biliblər. Bununla da oyunun qaydalarına görə məsafə hesablanıb və nəticədə çəlləyi ən çox öz ərazisinə çəkə bildiyi üçün “azxeber.com” komandası qalib gəlib.
Beləliklə turnirin A qrupunda oyunlar yekublaşıb. Bundan əvvəl A qrupunda “Editor.az” və “Showlife.az” komandaları arasında oyun keçirilmişdi. Həmin oyunda “Editor.az” komandası ümumi hesabda qalib gələrək qrupda yarımfinala vəsiqə qazanan ilk komanda olub. Nəticədə A qrupunda “Editor.az”və “Azxeber.com” portalları yarımfinala vəsiqə qazanıblar.
Gələn həftədən turnirin B qrupunda olan komandalar arasında oyunlar keçiriləcək.
Məlumat üçün xatırladaq ki, turnir aprel ayının 1-nə kimi davam edəcək.