Daha iki rayonda qaz olmayacaq

Daha iki rayonda qaz olmayacaq
SOSİAL
15:09 07.04.2025
189
Sabah Şirvan şəhəri və Hacıqabul rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən "SOCAR Petroleum" QSC-yə məxsus yanacaqdoldurma stansiyasının qazlaşdırılması əlaqədar olaraq, aprelin 8-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək "Hacıqabul-2" qazpaylayıcı stansiyadan (QPS) qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Şirvan şəhər mərkəzinin bir hissəsi (10 qeyri-yaşayış sahəsi) və Hacıqabul rayonu üzrə 3 qeyri-yaşayış sahəsinin (ümumi 2 110 abonent) qaz təchizatında fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR