Heyətini gücləndirməkdə davam edən Fransanın PSJ klubu daha iki ulduz futbolçunu transfer etməyi planlaşdırır.
Qol.Az-ın "Radio Monte Carlo"ya istinadən verdiyi məlumata görə, Paris təmsilçisi "Bavariya"dan Frənk Riberi, "Arsenal"dan isə Teo Uolkotu heyətinə qatmaq niyyətindədir.
Uolkotun "Arsenal"dan ayrılmaq istəməsi PSJ-nin işini asanlaşdırır. Lakin Münhendə işləri yolunda gedən Riberinin "Bavariya"dan ayrılması mümkünsüz görünür. Buna baxmayaraq, PSJ rəhbərliyinin hər iki futbolçunun transferi üçün lazımi məbləği ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, PSJ Fransa çempionatında10 turdan sonra22 xalla turnir cədvəlinə başçılıq edir.