Daha ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edildi: Siyahıda İran da var

Daha ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edildi: Siyahıda İran da var
DÜNYA
23:36 06.03.2017
1279
ABŞ prezidenti Donald Tramp miqrasiya siyasətinin sərtləşdirilməsinə dair yeni fərman imzalayıb.
 
Bu barədə Reuters məlumat yayıb. Sənəd martın 16-da qüvvəyə minəcək.
 
Fərmanla İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatların ərazisinə daxil olmasına qadağa qoyulub.
 
Bu siyahıdan İraqın adı çıxarılıb. Daxili Təhlükəsizlik nazirliyinin məlumatına görə, rəsmi Bağdad Amerika hökümətinin məlumatlandırılmasını gücləndirib. Qadağa bundan əvvəl viza alan şəxslərə şamil edilməyəcək.
OXŞAR XƏBƏRLƏR