12:04 Bazar Günü, 21 Aprel 2019
SAĞLAMLIQ

Daha sağlam yaşamaq üçü 6 bitki çayı

22:04, 14.04.20194076
Daha sağlam yaşamaq üçü 6 bitki çayı
Mədə-bağırsaqda olan köpü, qazı aradan qaldırır, ürək bulanmanı kəsir, nəfəs yollarını açır. Tərlədərək qızdırmasalıcı təsir göstərir və soyuqdəymə əlamətlərini aradan qaldırmaq xüsusiyyətinə malikdir. Mədə spazmlarında, mədənin reflyuks xəstəliyində və qıcqırma zamanı çox faydalıdır.

Zəncəfil çayı.
 
AZXEBER.COM immunitet.az-a istinadən bildirir ki, zəncəfil çayı immuniteti qaldırmaqla yanaşı, ürəkbullanmanı aradan qaldırır, qusmakəsici təsirə malıikdir. Qrip, soyuqdəymə kimi xəstəliklər zamanı faydası böyükdür. 3-4 sm uzunliğunda, nazik şəkildə dilimlənmiş zəncəfili, qabığı soyulmuş halda qaynar suya salıb 10-15 dəqidə dəmləməklə çay hazır olur. Çayın içərisinə damdırılmış bir-neçə damcı limon şirəsi və 1 qaşıq bal soyuqdəymələr zamanı ən keyfiyyətli müalicə üsuludur.
 
Çobanyastığı çayı.
 
Yorğun bir iş günündən sonra dincinizi almaq üçün 1 fincan çobanyastığı çayı kifayət edər. Bu çay stressi aradan qaldırır, sakitləşdirici təsir göstərir, boğaz ağrısını kəsir, ağız boşluğuda olan infeksiyalara qarşı antimikrob təsir göstərir.

Melisa çayı.

Özünüzü yorğun, halsız, kefsiz və əsəbi hiss edrisinizsə, melisa çayı için. Bu çay sizin gərginliyinizi aradan qadıracaq, əhval-ruhiyənizi yaxşılaşdıracaq.
 
Zəncirotu çayı.
 
Zəncirotu çayı qaraciyəri təmizləyir, öd kisəsini boşaldaraq bağırsaqların fəaliyyətini yaxşılaşdırır. İnsana özünü rahat hiss etdirir.
 
İtburnu çayı.

İtburnu çayı tərkibində olan C vitamini və mineralların sayəsində immuniteti artırır, dərinin sağlamlığının qeydinə qalır. Bədəndəki soyuqlamanı aradan qaldırır, orqanizmin müqavimətini artırır. Təbii antioksidantdır, sidik yolları xəstəliklrində faydası böyükdür.
XƏBƏR LENTİ