Dahi şairimiz Şəhriyarın adını daşıyan park baxımsız haldadır - FOTOLAR

Dahi şairimiz Şəhriyarın adını daşıyan park baxımsız haldadır - FOTOLAR
SOSİAL
14:00 06.05.2024
185
İşğaldan azad olunan Qarabağımızda abadlıq və quruculuq işlərinin genişlənməsi ilə yanaşı, Azərbaycanın hər bir guşəsində, eləcə də paytaxtımızda abadlıq-quruculuq işləri davamlı olaraq uğurla həyata keçirilir.
 
Son illərdə Bakıda və şəhər ətrafı ərazilərdə salınan parkların sayı gündən-günə artır. Havalar isindikcə axşam saatlarında və həftə sonları parka üz tutan sakinlərin sayı daha çox olur. İnsanlar iş gününün sonunda yolunu parkdan salaraq təmiz hava qəbul edir, ailə üzvləri ilə birgə istirahət guşələrinə toplaşır və səmərəli vaxt keçirirlər. Təəssüf ki, bəzi şəhərətrafı ərazilərdə isə insanların istifadəsinə verilmiş parklar uzun illər təmirsiz qaldığından yararsız vəziyyətdədir. Belə parklardan biri Nərimanov rayonunda yerləşən Şəhriyar adına salınmış parkdır.
 
Unudulmaz söz ustadı, Cənubi Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın adına salınmış bu parka aidiyyatı qurumların münasibəti olduqca biganədir. Park uzun illərdir ki, baxımsız qaldığından artıq yararsız bir haldadır və demək olar ki, parkda ağacların quruması, oturacaqların sınıq-salxaq olması, hovuzun quruması parkı bilinməz bir xarabalığa bənzədir. Vaxtı ilə parka üz tutan paytaxt sakinləri üçün nəzərdə tutulmuş istirahəhət guşələrinin ətrafının artıq 30 santimetr hündürlüyünə qədər çatmış yabanı otlar basmışdı. Ətrafa səpələnmiş məişət tullantıları, qurumuş ağaclar bir zamanlar yaz fəslinin təravətini özündə əks etdirən bu parkı bir cəngəlliyə çevirmişdi.
 
Boynunu büküb qəmgin baxan skamyalar artıq insanların əyləşməsi üçün təhlükəli hesab olunurdu. Əhalinin istirahəti üçün nəzərdə tutulan əsas sahə isə demək olar ki, baxımsız, qurumuş ağaclarla əhatələnən çayxanalar, köhnə attraksionlar, sınıq-salxaq skamyalar  böyük şairimizin adını daşıyan bu  parkın aqibəti ilə bağlı sakinləri də narahat edir. Onların fikrincə öncələr burda müxtəlif tədbirlər, konsert programları təşkil olunur,bahar bayramı isə bir ayrı özəlliklə keçirilirdi.   
 
Bu parkdakı vəziyyəti görən insanlar, uşaq və qocalar axır illərdə demək olar ki, bura az gəlirlər. Biz görmüşük ki, bir istirahət parkında bir və ya iki çayxana mövcud idi. 
  
Şəms Hüseynli
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edildi - Fotolar
20:21 28.08.2025
Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edildi - Fotolar
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
20:08 28.08.2025
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
19:40 28.08.2025
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
19:20 28.08.2025
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
19:09 28.08.2025
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
18:59 28.08.2025
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
18:46 28.08.2025
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
18:35 28.08.2025
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
18:21 28.08.2025
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
18:10 28.08.2025
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
17:58 28.08.2025
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
17:46 28.08.2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
17:36 28.08.2025
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
17:34 28.08.2025
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
17:29 28.08.2025
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
17:26 28.08.2025
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu